Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
"Football-plus.az" xəbər verir ki, millimiz bu gün turnir çərçivəsində əvvəlcə Hövsan Yarış Kompleksində Andorra ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.
Yığmamız günün ikinci matçında Avstraliya ilə üz-üzə gələcək. Bu qarşılaşma da Hövsan Yarış Kompleksində keçiriləcək və saat 19.30-da başlayacaq.
Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda Avstraliya ilə birgə 3 xalla AF qrupunda şərikli liderdirlər.
Millimiz Andorraya qalib gəldi
Ölkə futbolu





