“Peugeot Azerbaijan” şirkəti “Sabah”ın yeni nəqliyyat tərəfdaşı olacaq. Tərəfdaşlıq çərçivəsində “Sabah” nəqliyyat vasitələri ilə təmin ediləcək.
“Football-plus.az” xəbər verir ki, artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni “e-2008 Peugeot” markalı avtomobil “Sabah”ın ixtiyarına verilib. Avtomobil “Peugeot Azerbaijan” şirkətinin direktoru Ramin Mustafayev tərəfindən “Sabah”ın prezidenti Maqsud Adıgözəlova təqdim edilib.
Bundan əlavə, “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.
Qeyd edək ki, “Peugeot Azerbaijan” şirkəti zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən “Peugeot” avtomobil brendinin ölkəmizdəki rəsmi distribütorudu.