“Sabah”ın idman tərəfdaşı olduğu layihə başa çatdı

26.12.2022 12:39 270
Premyer-liqa
“Sabah”ın idman tərəfdaşı olduğu “Azerbaijan Schools Olympiads 2022” layihəsi başa çatıb.

Football-plus.az xəbər verir ki, layihə çərçivəsində təşkil edilən futbol turnirinə “Bank Respublika Arena”da keçirilən final qarşılaşmaları ilə yekun vurulub. Qaliblər “Sabah” klubu tərəfindən təltif olunub.

Qeyd edək ki, layihədə ümumilikdə 200-ə yaxın məktəbli iştirak edib. Layihə çərçivəsində “Sabah” tərəfindən iştirakçılar üçün futbol məşğələləri və turniri keçirilib, onların əsas komandanın oyunçuları ilə görüşü təşkil edilib.