Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “ASIA Motors” MMC “MG Motors Azerbaijan” arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov imzalayıb.
Anlaşmaya əsasən, “MG Motors Azerbaijan” 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.
Baş katib Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov tədbirdə çıxış edərək tərəfdaşlıq müqaviləsinin hər iki tərəf üçün faydalı olacağına əminliklərini bildiriblər.



