Klubun idman direktoru Zaur Qarayev hadisə zamanı ciddi xəsarət alıb. "İşıqçılar"ın İdarə Heyətinin rəhbəri Ruslan Həmidovla veteran futbolçunun vəziyyət ilə bağlı əlaqə saxladıq. Onun "Football-plus.az" saytına söylədikləri belə oldu:
"Liv Bona Dea" hospitalındayıq. Hər şey qaydasındadı. Həyati təhlükəsi yoxdu. Sadəcə, 3 çanaq sümüyü sınıb. Şükürlər olsun ki, hər şey qaydasındadı".
İLKİN SULTANLI






