Qəzaya uğrayan "Mingəçevir" avtobusunun FOTOLARI

7.03.2023 14:34 315
Aktual
"Mingəçevir"i Şamaxıya aparan avtobus İsmayıllı yolunda qəza törədib.

"Football-plus.az" xəbər verir ki, bu üzdən "işıqçılar"ın 1-ci divizionun 20-cu turunda "Şamaxı-2" ilə oyunu təxirə salınıb.

Bu məlumatı PFL-in rəsmi saytı yayıb.

Maraq üçün bildirək ki, hadisə nəticəsində "Mingəçevir" avtobusu yararsız vəziyyətə düşüb. Futbolçular Şamaxı İcra Hakimiyyətinin ayırdığı yeni nəqliyyat vasitəsi ilə doğma şəhərlərinə geri dönür. Klubun idman direktoru Zaur Qarayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti də yaxşıdı. "İşıqçılar"ın 7-8 futbolçusu xırda xəsarətlər alıblar. Onlar ilkin müdaxilədən sonra özlərinə gəliblər.

Hadisədən sonra çəkilmiş fotoları diqqətinizə çatdırırıq:

Qəzaya uğrayan "Mingəçevir" avtobusunun FOTOLARI



İLKİN SULTANLI