Bu gün birinci divizionun 20-ci turunda "Şamaxı-2" - "Mingəçevir" oyunu baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, "işıqçılar"ı Şamaxı şəhərinə gətirən avtobus qəzaya uğrayıb.
İçində məşqçilər və futbolçuların olduğu avtobus "Shacman" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində yaralananlar var.
Məsələ ilə bağlı detallı informasiyanı diqqətinizə çatdıracağıq.
İLKİN SULTANLI
*****
Məsələ ilə bağlı PFL-in rəsmi saytı məlumat yayıb. Həmin informasiyanı diqqətinizə çatdırırıq:
Bu gün “Mingəçevir” futbol komandası 1-ci divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdu. Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.