"Sarı-göylər"in mətbuat katibi Azad Mustafayev isə məsələ bağlı "Football-plus.az"a bunları söylədi:
"Hakimin idarəçiliyində mübahisəli məqamlar çox oldu. Əsas da penalti epizoduyla bağlı. Ona görə referinin idarəçiliyi mübahisəyə zəmin yaratdı. Hətta idman telekanalları və saytlarında oyunumuzdakı epizodlar çox müzakir olundu. Tərlan müəllim də emosional insandı. Hakimin penalti verərkən VAR-a müraciət edib dəqiqləşdirməməsi baş məşqçimizin etirazına səbəb oldu. Bizim üçün hazırda hər oyun ölüm-dirim mübarizəsidi. Sonuncu yeri tutan komandanın elitanı tərk edəcəyi dəqiqləşib. Biz də sonuncu olmaq istəmirik”.
ABDULLA İSMAYILOĞLU




