Derbidə ciddi narazılıq - "Tərlan, İSTEFA"

11.02.2023 16:02 507
Premyer-liqa
Misli premyer-liqasının 22-ci turu çərçivəsində keçirilən matçda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlir.

Football-plus.az xəbər verir ki, Qərb derbisindəki məğlubiyyət gəncəli azarkeşlərin ciddi narazılığına səbəb olub.

Qarşılaşmanın 80-ci dəqiqəsindən etibarən stadiondakı “Kəpəz” fanatları baş məşqçi Tərlan Əhmədovu istefaya səsləyiblər.

Onlar “Tərlan istefa” şüarı səsləndiriblər.