1-ci divizionda növbəti məşqçi istefası

25.03.2023 20:58 419
I liqa / Manşet
1-ci divizionda növbəti baş məşqçi istefası baş verib.

"Football-plus.az" xəbər verir ki, "Mingəçevir" Şahruz Mustafayevlə yolları ayırıb. Çalışdırıcı istefa verib.

Maraq üçün bildirək ki, bu mövsüm komanda 2 məşqçi ilə yolları ayırıb. Daha öncə Azər Həşimov da öz istəyi ilə "işıqçılar"la yolları ayırmışdı.

Qeyd edək ki, "Mingəçevir" son oyunda səfərdə "Şamaxı 2"yə məğlub olub - 1:3.