"Sumqayıt" Aleksey Baqa ilə bağlı qərarını verdi

21.09.2022 11:40 727
Premyer-liqa / Manşet
Premyer-liqada növbəti baş məşqçi istefası baş verib.


"Football-plus.az" saytının əldə etdiyi məlumata görə, "Sumqayıt" Aleksey Baqa ilə yolları ayırıb. Bu gün keçirilən iclasda klub rəhbərliyi belaruslu mütəxəssislə yola davam etməmək qərarı verib.

Qeyd edək ki, "Sumqayıt" Misli premyer-liqasında 7 tura 3 xal qazanıb.

RƏŞAD