Bundesliqada istefa

8.02.2023 19:15 225
Dünya futbolu
“Hoffenhaym”da baş məşqçi istefası zərurətə çevrilib. Rəhbərlik Andre Braytenrayterlə yolları ayırıb.

Zinshaym klubunun rəsmi saytının məlumatında bu qərarın verilməsinə komandanın uğursuz nəticələrinin səbəb olduğu bildirilib. Bundesliqanın son turunda “Bohum”a 2:5 hesabıyla uduzan və çempionatda 9 oyundu qalib gələ bilməyən “Hoffenhaym” hazırda 14-cü yeri tutur. Braytenrayterin komandaya 2022-ci ilin yayında təyinat aldığını xatırladaq. “Hoffenhaym” onun başçılığı altında keçirdiyi 22 oyunda 7 qələbə qazanıb və 11 dəfə məğlub olub.