Football-plus.az xəbər verir ki, ötən il Fransa yığmasına təyinatı baş tutmayan 50 yaşlı mütəxəssisin yenidən klub çalışdırmaq ehtimalı artıb. 2021-ci ilin yayında “Real”ı tərk edəndən sonra heç bir komanda ilə işləməyən Zidan karyerasını bərpa etməyi düşünür:
“Yenidən komanda çalışdırmaq istəyirəm. İndi sərbəstəm, amma belə vəziyyətin nə qədər davam edəcəyini bilmirəm. Düşünmək üçün vaxt var, ola bilsin vaxtım iyuna qədər olacaq. Ancaq mövcud vəziyyət tezliklə də dəyişə bilər”.


