“Barselona”nın oyunçusu PSJ-nin hədəfində

28.02.2023 21:51 249
Dünya futbolu
PSJ “Barselona”nın müdafiəçisi Ronald Arauxonu hədəfə alıb.

Fransa klubu artıq 23 yaşlı oyunçunun potensial transferi ilə bağlı danışıqlara başlayıb. Bu da var ki, İspaniya klubu Arauxonu toxunulmaz hesab edir. Lakin PSJ maliyyə baxımdan “Barselona”nın imtina edə bilməyəcəyi çox cəlbedici təklif irəli sürməyi planlaşdırır.

Arauxo üçün danışıqlarda start qiymətinin 90 milyon avro olacağı gözlənilir. Qeyd edək ki, uruqvaylı futbolçu “Barselona”nın heyətində 101 rəsmi oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə edib.