“Barselona”da ciddi itkilər

25.09.2022 15:45 343
Dünya futbolu
“Barselona” ciddi itkilərlə üzləşib.

Komandanın 4 oyunçusu müxtəlif yığmaların düşərgələrində zədələnib. Ronald Arauxo, Frenki de Yonq, Memfis Depay və Jül Kunde müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların qarşıdakı oyunlara hazır olub-olmayacağı hələ ki məlum deyil. “Barselona” oktyabrın 1-də La Liqada “Malyorka”, oktyabrın 4-də isə Çempionlar Liqasında “İnter”lə qarşılaşacaq.