Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin Rusiya və Belarusdan olan idmançıların beynəlxalq turnirlərdə iştirakı ilə bağlı məsələyə martın 28-də baxacaq.
"Football-plus.az" xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin iclası martın 28-30-u aralığında keçiriləcək.
Bildiyiniz kimi, Rusiya ötən il fevralın 24-dən bəri Ukrayna ərazisini işğal planlarına başladığına görə sanksiyalarla üzləşib. BOK ötən il fevralın 28-də beynəlxalq idman federasiyalarına rusiyalı idmançıların yarışlardan uzaqlaşdırılmasını tövsiyə edib. Bu il yanvarın 25-də isə adı çəkilən qurum Rusiya və Belarusdan olan atletlərin neytral statusu ilə və bəzi şərtləri yerinə yetirməklə yarışlara qatılmasının mümkünlüyünü bildirib.