Ukraynanın olimpiya idman növləri üzrə federasiya rəhbərləri Beynəlxalq Olimpiya Komitəsinə (BOK) birgə müraciətin mətnini razılaşdırıb.
"Football-plus.az" xəbər verir ki, onlar BOK-dan rusiyalı idmançıların yarışlardan uzaqlaşdırılması ilə bağlı sanksiyanın saxlanılmasını tələb edirlər. Ukraynanın Milli Olimpiya Komitəsi BOK-a ünvanlanan müraciətin bu gün imzalanacağı haqda xəbər yayıb.
Xatırladaq ki, BOK ötən ilin fevralında beynəlxalq idman federasiyalarına Rusiya və Belarusdan olan atletlərin yarışlara buraxılmamasını məsləhət görüb. Bu ilin yanvarında isə BOK-un İcraiyyə Komitəsi bu iki ölkədən olan idmançıların beynəlxalq turnirlərə neytral statusu ilə qatılmasının mümkünlüyünə işarə edib.