Neftçi"yə 7 futbolçu qoşulub

22.03.2023 19:54 507
I liqa / Manşet
Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.

Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Neftçi-2"nin fasilədən necə yararlanacağını aydınlaşdırmaq üçün baş məşqçi Rəşad Abdullayev ilə danışdıq:

"Bayramla əlaqədar 3 gün istirahət etdik. Martın 22-dən toplaşmışıq. Yığmanın oyunları ilə əlaqədar əsas komandadan bir neçə oyunçu millinin sıralarına qoşulub. Ona görə 7 futbolçumuz əsas komandamızla birgə məşq edir. Sabah "Füzuli"ylə yoldaşlıq görüşümüz var. Ondan sonra 1 gün istirahət edəcəyik. Ardlnca 30-da "İmişli"ylə baş tutacaq oyuna hazırlaşacağıq".


ABDULLA İSMAYILOĞLU