Yığmamızın oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.
Görəsən, 1-ci divizion komandalarının planlarına nələr daxildi? "Football-plus.az" saytı olaraq "Zirə-2"nin fasilədən necə yararlanacağını aydınlaşdırmaq üçün baş məşqçi Zaur Həşimov ilə danışdıq:
"Bu gündən məşqlərə başlamışıq. Heyətdə ciddi itkilər var. 5 futbolçumuz zədəlidi, 4-nün qızdırması var, 4 nəfər isə əsas komandaya cəlb olunub. Əvəzedici komandanın üzvlərindən sərəncamımda 8-10 oyunçu var. Komanda şəklində məşq keçmək üçün U-19 və U-17- dən futbolçu cəlb etmişik. Çalışacağıq çempionata yaxşı hazırlaşaq və qarşıdakı turlarda uğurlu nəticələr əldə edək".
ABDULLA İSMAYILOĞLU