U-19 millisinin heyətində dəyişiklik

21.03.2023 10:21 220
Yığma
Azərbaycan U-19 millisinin heyətində dəyişiklik olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

"Qəbələ"nin futbolçusu Murad Musayev səhhəti ilə əlaqədar yığmanın düşərgəsini tərk edib. Onun yerinə isə “Turan Tovuz”dan Hüseyn Hüseynov milliyə çağırılıb.

U-19 Bakıda təlim-məşq toplanışı keçirir. Komandamız hazırlıq çərçivəsində martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək.