"Qəbələ"nin üzvləri millidən ayrıldı

3.06.2022 15:24 549
Yığma
Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

"Football-plus.az" xəbər verir ki, “Qəbələ” klubunun üzvləri Rauf Rüstəmli və Süleyman Damadayev səhhətləri ilə əlaqədar düşərgədən ayrılıblar.

U-20 hazırlıq çərçivəsində iyunun 5-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.