Millinin heyətində dəyişiklik

3.02.2023 11:54 346
Yığma
Fevralın 4-dən 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Football-plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səhhəti ilə əlaqədar “Turan Tovuz” klubunun üzvü Hüseyn Hüseynov heyətdən çıxarılıb.

Onun əvəzinə “Qəbələ” klubunun üzvü Okan Təhməzli hazırlıq prossesinə cəlb olunub.