Millinin heyətində dəyişiklik

20.10.2022 09:53 430
Yığma
Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Football-plus.az xəbər verir ki, “Sabah” klubunun üzvü Teymur Mirzəyev zədə səbəbindən heyətdən çıxarılıb. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Onun əvəzinə “Sabah”ın digər üzvü Elgün Dünyamaliyev heyətə cəlb olunub.