Premyer-liqanın rekordunu təkrarladı

20.03.2023 18:25 218
Dünya futbolu
İngiltərə premyer-liqasının 28-ci turunun “Sauthempton” ilə oyunu Harri Keyn üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in hücumçusu 3:3 hesabı ilə başa çatan matçda qapıya bir dəfə yol tapıb. O, premyer-liqada bu mövsüm başı ilə 9-cu qolunu vurub. Harri 1997/98 mövsümündə rekord müəyyən edən Dankan Ferqyusonun (Everton) göstəricisini təkrarlayıb.

Keyn bu mövsüm ölkə çempionatında 28 oyuna 21 qol vurub.