Keyn Bekhemin rekordunu təkrarladı

30.11.2022 10:11 309
DÇ 2026
İngiltərə millisinin kapitanı Harri Keyn yığmanın sabiq üzvü Devid Bekhemin rekordunu təkrarlayıb.

"Football-plus.az" "Opta"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu qrup mərhələsində 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2002-ci ildə keçirilən mundialda Bekhem də üç assist müəllifi olub.

Qeyd edək ki, 7 xalla qrup lideri olan İngiltərə 1/8 finalda Seneqalla üz-üzə gələcək.