"Tottenhem"in futbolçusu Harri Keyn Serxio Aqueronun rekorduna şərik olub.
"Football-plus.az" xəbər verir ki, İngiltərə millisinin hücumçusu buna Premyer Liqanın 2-ci turunda "Çelsi" ilə matçda (2:2) fərqlənməklə nail olub. Komandasını məğlubiyyətdən xilas edən forvard çempionatda qollarının sayını 184-ə çatdırıb.
Bu, Premyer Liqada eyni komandada ən çox qol rekordunun təkrarıdı. Daha əvvəl Serxio Aquero 2011-2021-ci illərdə çıxış etdiyi "Mançester Siti"də eyni sayda fərqlənib. Argentinalı 184 qolu 275 matçda, Keyn isə 281 görüşdə vurub.