Keyndən rekord

2.04.2022 14:20 612
Dünya futbolu
İngiltərə çempionatında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada Harri Keyn qalib gəlib. “Tottenhem”in hücumçusu ötən ay premyer-liqada meydana çıxdığı 4 oyunda 4 qol vurmuş və 2 məhsuldar ötürmə etmişdi. Onun bu liqanın cari mövsümündəki göstəriciləri isə 28 oyuna və 12 qola bərabərdi.

Qeyd edək ki, Harri 7-ci dəfə ayın ən yaxşısı seçilib. Bununla da o, “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueronun rekordunu təkrarlayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul