Emreli millinin heyətindən çıxarıldı

19.03.2023 20:21 350
Yığma / Manşet
Yığmamızın heyətində itki baş verib.

"Football-plus.az" xəbər verir ki, Türkiyə superliqasında çıxış edən "Konyaspor"un üzvü Mahir Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.