Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov yığmanın Moldova və Şimali Makedoniya ilə yoxlama oyunlarında iştirak etməyəcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi zədəli olduğu üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, yığma noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.