Türkiyə millisinin futbolçusu Şotlandiya klubunda

25.07.2022 22:20 426
Dünya futbolu
"Beşiktaş"dan ayrılan Rıdvan Yılmaz "Reyncers"ə keçib.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiya klubu 21 yaşlı müdafiəçi üçün qarşı tərəfə 4 milyon avro təzminat ödəyib.

Türkiyə millisinin müdafiəçisi Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.