Məlum olduğu kimi Türkiyə AÇ-2024-ün seçmə mərhələsinin ilk oyunu çərçivəsində martın 25-də İrəvanda Ermənistan ilə qarşılaşacaq.
"Football-plus.az" xəbər verir ki, bu arada məlum olub ki Türkiyə həmin oyunda azarkeş dəstəyindən məhrum olacaq. Belə ki, UEFA-nın xüsusi qərarı ilə türkiyəli fanatlar stadiona buraxılmayacaq. Onlara yalnız bu oyundan xatirə biletləri (!) satılacaq. Bunu Türkiyə Futbol Federasiyası açıqlayıb. Bu komandalar arasında Türkiyədəki 2-ci qarşılaşma sentyabrın 8-də keçiriləcək. Böyük ehtimalla həmin oyuna da erməni fanatlar buraxılmayacaq.
Qeyd edək ki, bu iki yığmanın qərarlaşdığı D qrupunda Xorvatiya, Uels və Latviya da mübarizə aparır