
Dünya futbolu
101
16.04.2022, 12:30
Sırğaya görə oynaya bilmədi
İtaliya çempionatının 33-cü turunda keçirilən "Spetsiya" - "İnter" oyununda maraqlı hadisə baş verib.
Bu barədə yerli mətbuat xəbər yayıb. Qarşılaşmanın 60-cı dəqiqəsində "Spetsiya"nın heyətində Rey Manayın yerinə meydana Mbala N Zola daxil olub.
Bir dəqiqə sonra baş hakim oyunçunun qulağında böyük sırğa olduğunu görüb və matça davam etməsi üçün onu çıxarmasını istəyib. N Zola bu səbəbdən bir neçə dəqiqə kənarda qalıb, klub əməkdaşları sırğanı çıxarmağa çalışsa da, bu, alınmayıb. Baş məşqçi Tiaqo Motta hücumçunu 70-ci dəqiqədə Janis Antistlə əvəzləyib.