• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şamaxı” – “Sabah” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

28-02-2023, 19:0

Ardıcıl 4 turda uduzan "Şamaxı" meydana uğursuz seriyaya son qoymaq üçün çıxmışdı.

"Sabah" da ötən tur doğma meydanda "Turan Tovuz"dan aldığı məğlubiyyəti unutdurmaq istəyirdi. İlk dəqiqələrdən meydan sahibləri daha ehtiyatlı oynamağa başladı. "Şirlər" top saxlamaqla nisbi üstünlüyə malik idi. Rəhman Daşdəmirov, Fuad Bayramov və Rövşən Şahmuradov fəallığı ilə seçilirdi. Qonaqlardan isə Kaşukla Mikels canfəşanlıq edirdi. Oyunun ilk 30 dəqiqəsi "şirlər"in müəyyən üstünlüyü şəraitində keçsə də, qapılar önündə təhlükəli vəziyyət yaranmadı. Bölgə təmsilçisi top saxlayır, onu itirdikdə meydanın rəqibə aid hissəsində və mərkəzdə pressinq tətbiq edirdi. "Bayquşlar" isə topu ələ keçirərkən cinahdan sürətli keçidlər etməyə çalışırdı. Matçda ilk qol vəziyyəti meydan sahiblərindən gəldi. 32-ci dəqiqədə Rəhmandan uzun ötürmə alan Rövşən bir qədər irəlilədikdən sonra qapını nişan alsa da, top qapının yanından keçdi. Amma tezliklə hakim ofsayd qeydə aldı. Qonaqlar buna Nuriyevin Mikelsi zərbə mövqeyinə çıxarması və almaniyalının bərbad vuruşu ilə cavab verdi. 44-cü dəqiqədə isə Kaşukun cəriməsindən sonra top dirəkdən qayıtdı.

Fasilədən sonra hər iki komandanın ifasında daha yaradıcı oyun müşahidə etdik. İlk qol vəziyyətini yenə meydan sahibləri yaratdı. Nihadın uzun ötürməsini qəbul edən Rövşən sürətlə irəliləyərək rəqibin cərimə meydançasına daxil oldu. Amma onun zərbəsini qapıçı zərəsizləşdirdi. Masazır təmsilçisi buna Kristianın və Volkovun zərbələriylə cavab versə də, qolkiper yerində idi. 64-cü dəqiqədə isə İsayevin kornerdən qapı önünə asmasını qəbul edən İrasabal zərbə endirsə də, Əzizli növbəti dəfə məharətini göstərərək qola imkan vermədi. "Şirlər"in heyətində meydana sonradan çıxan Amil Yunanov irəlidə fəallığı ilə göz oxşadı. Bunun məntiqi nəticəsi kimi Amil 72-ci dəqiqədə Həsənalızadəni sürətdə qabaqlayaraq qarşısıalınmaz zərbəylə İmanovu məyus etdi. Lakin "Şamaxı"nın sevinci çox çəkmədi. 77-ci dəqiqədə İsayev – Mikels - Kaşuk “üçlüy”ünün gerçəkləşdirdiyi hücum zamanı ukraynalı Əzizlini məyus etməklə hesabı bərabərləşdirdi. Bundan sonra oyun bir qədər də canlandı. Qurban Səfərov bir qədər reyd etdikdən sonra cinahdan açılan Amili “gördü”. Lakin onun iti bucaq altından zərbəsi cüzi fərqlə qapının üstündən keçdi. Oyuna əlavə olunan dəqiqələrdə öncə Mikels hədəfə düşmədi. Oyunun kulminasiya nöqtəsi isə 4-cü uzatma dəqiqəsində yaşandı. Komanda yoldaşından ötürmə alan Elçin Mustafayev mərkəzlə xeyli irəlilədikdən sonra qapıya zərbə endirərkən top İrasabalın əlinə dəydi. Referi tərəddüd etmədən “nöqtə”ni göstərdi. Topa yaxınlaşan Amil dəqiq zərbəylə həm özünün, həm də komandasının 2-ci qolunu vurmaqla yekun hesabı müəyyənləşdirdi. Beləliklə, "Şamaxı" 4 oyundan sonra qələbə qazanmaqla 8-ci pilləyə yüksəldisə, "Sabah" ardıcıl ikinci məğlubiyyətlə barışdı.

Gözdən qaçmadı
* Şamaxıya oyundan bir gün öncə qar yağdığından stadionun ətrafı “ağ örpəy”ə bürünmüşdü.
* Tribunada bir çox tanınmış sima var idi. AFFA-nın prezidenti Rövnəq Abdullayev oyunu Şamaxının icra başçısı Tahir Məmmədovla birlikdə izləyirdi. Hakimlər Komitəsinin sədri Barış Şimşəyi də gördük. Türkiyəli hətta matçdan öncə stadionu gəzirdi. Veteran futbolçular İqor Ponomaryovla Vəli Qasımov isə start fitindən öncə mehribancasına söhbət edirdilər.
* Oyundan öncə Xocalı soyqırımının qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olundu.
* Matçın startından əvvəl yerli azarkeşlər "Sabah” evinə, futbol sənin nəyinə" şüarını səsləndirdi.
* Zahid Mərdanov "şirlər"in heyətində debüt etdi.
* Amil Yunanov 2-ci qol vurandan sonra belə, tablodakı 1:1 hesabı olduğu kimi qaldı.
* Oyundan sonra "Şamaxı"nın futbolçuları qələbə sevincini azarkeşlərlə bölüşdür. Hətta bir neçə futbolçu formasını çıxararaq fanatlara atdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

14-12-2022, 11:0

"Şamaxı" Fuadla bağlı qərarını verdi - RƏSMİ

Premyer-liqa / Reportaj

14-02-2023, 14:0

“Sumqayıt” 1 qolla 1 pillə irəlilədi - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 18:0

"Sabah" - "Səbail" matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa

15-12-2022, 12:0

"Şamaxı"da daha bir müqavilə

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Premyer-liqa / Manşet

7-02-2023, 19:0

“Şamaxı” – “Turan Tovuz” matçında nələr yaşandı? - REPORTAJ

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə