Bu gün keçirilən oyunla Misli premyer-liqasının 26-cı turuna yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, “Şamaxı” “Neftçi”ni qəbul edib. Matçda yeganə qolu "ağ-qaralar"ın forvardı Mateus Saldanya vurub - 1:0.
Misli premyer-liqası
3-cü dövrə, 26-cı tur
12 mart
Şamaxı – Neftçi 0:1
Mateus Saldanya, 81
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-35-40.
Hakimlər: FƏRİD HACIYEV, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı. Şəhər stadionu. Saat 15.00
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 36:+12=6-18, 35:47.
1999/20 – 2:3; 2000/01 – 1:4; 2001/02 – 0:2, 0:1; 2002/03 – 0:0; 2004/05 – 2:1; 2005/06 – 0:1; 2006/07 – 0:1; 2007/08 – 0:0; 2008/09 – 2:2; 2009/10 – 1:0, 1:1; 2010/11 – 0:2, 1:1; 2011/12 – 2:1, 1:2; 2012/13 – 1:1, 0:1; 2013/14 – 3:1, 2:1; 2014/15 - 2:1, 4:0; 2015/16 – 1:0, 0:1; 2016/17 – 2:1, 1:3; 2017/18 – 0:2, 2:1; 2018/19 – 0:1, 0:1; 2019/20 – 2:1; 2020/21 – 0:1, 0:3; 2021/22 – 3:2, 1:2; 2022/23 – 0:1.
Son iki turda uduzmayan “Şamaxı” da premyer-liqada qalmaq üçün mübarizə aparır. Bu səbəbdən də bütün görüşlərdə xal qazanmalıdı. Görüşün favoriti, sözsüz, flaqmandı. “Ağ-qaralar” rahat qələbə qazanmağa qadirdi. Lakin “Şamaxı”nın da qələbəsi və ya heç-heçəsi də sensasiya sayılmayacaq.
Komandalar indiyə kimi 72 dəfə münasibətləri aydınlaşdırb. Bu görüşlərin 41-də flaqman, 16-da şamaxılılar qələbəyə sevinib. 15 oyun da “sülh”lə yekunlaşıb. Topların nisbətində “Neftçi” öndədi – 117:68.
1. Qarabağ 26 21 5 0 64-15 68
2. Sabah 26 18 5 3 57-18 59
3. Neftçi 26 17 4 5 47-22 55
4. Zirə 26 10 7 9 30-34 37
5. Qəbələ 26 8 9 9 30-32 33
6. Turan Tovuz 26 7 6 13 20-34 27
7. Sumqayıt 26 5 6 15 17-44 21
8. Kəpəz 26 4 9 13 25-47 21
9. Şamaxı 26 4 8 14 23-41 20
10. Səbail 26 4 5 17 19-45 17
Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 18, Ramil Şeydayev ("Qarabağ") – 17, Emin Mahmudov (Neftçi), Coy-Lens Mikels (Sabah) – 13, Aleksey Kaşuk (Sabah) – 11.