MY-də yeni futbolçu

2.03.2023 23:10 210
Dünya futbolu
“Mançester Yunayted” yeni oyunçu transfer edib. İngiltərə klubu “Kardiff Siti”nin yeniyetmə futbolçusu Qabriel Byançerini sıralarına qatıb.

Football-plus.az xəbər verir ki, 16 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Futbolçu sosial şəbəkədə yeni klubun forması ilə fotosunu yerləşdirib və yazıb: “Növbəti mövsümə hazırsız?” Yerli mənbələrin xəbərinə görə, uelsli futbolçu MY-nin gənclərdən ibarət komandasında oynayacaq. Onun yaxın gələcəkdə əsas komandaya qoşulması planlaşdırılır.

Qeyd edək ki, Qabriel bu mövsüm “Kardiff Siti”nin U-18 komandasında 12 qol vurub.