“Mançester Siti” heyətinə yeni futbolçu qatıb.
İngiltərə çempionu “Arminiya” ilə müqaviləsinin müddəti başa çatan Stefan Orteqanı transfer edib. 29 yaşlı qapıçı yeni klubu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Keçidin yaxında rəsmən açıqlanacağı gözlənilir.
Orteqa son mövsüm bundesliqada 33 matçda iştirak edib.