“Mançester Siti”də yeni müqavilə

15.10.2022 23:34 417
Dünya futbolu
“Mançester Siti” Fil Fodenlə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayınadək razılaşdırılan anlaşma imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi.

Qeyd edək ki, Foden MS-nin yetirməsidi. O, 2017-ci ildən klubun əsas komandasında oynayır.