ÇL-də ən çox qol vuran belçikalı oldu

24.02.2023 19:15 243
Çempionlar Liqası
Çempionlar Liqasının 1/8 finalının ilk oyunu “İnter” üçün uğurlu alınıb.

“Portu”ya evdə 1:0 hesabı ilə qalib gələn İtaliya klubu son 6 matçda 5-ci qələbəsini qazanıb. Bir oyunu heç-heçə başa vuran milanlıların yeganə qolunu Romelu Lukaku vurub. “Portu”nun qapısına 86-cı dəqiqədə yol tapan hücumçu Çempionlar Liqasında 17-ci dəfə qol sevinci yaşayıb. O, Dris Mertensi (16) arxada qoyaraq turnirdə ən çox qol vuran belçikalı olub.