“İnter”in oyunçusu Romelu Lukaku yenidən zədələnib.
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Bavariya” ilə oyununda (0:2) görünməyən hücumçu A seriyasında bu gün keçiriləcək “Yuventus”la matçı da buraxacaq. Futbolçunun yaşıl meydanlara DÇ-2022-nin noyabrın 20-də start götürəcək final mərhələsində iştirak şansı yüsəkdi.
Qeyd edək ki, Lukaku cari mövsümdə ikinci dəfə zədələnib. O, omba zədəsi səbəbindən təxminən iki ay oynaya bilməyib.
“Yuventus”la oyunu da buraxacaq
Dünya futbolu




