“Barselona” La Liqada müdafiədə fenomenal etibarlı oyun göstərir.
Football-plus.az xəbər verir ki, komanda ilk 16 çempionat oyununda cəmi 6 qol buraxıb ki, bu da turnirin tarixi ərzindəki ən yaxşı nəticələrdən biridi.
“Atletiko” (2020/21) və elə həmin “Barselona” (1986/87) belə nəticə göstərib. “Deportivo” isə 1993/94 mövsümündə ilk 16 oyunda hətta 5 top buraxıb. 16 çempionat oyununun hamısında qapını qoruyan Ter Ştegenin hesabında 12 “quru” oyun var. Maraqlıdı ki, alman qapıçı ötən mövsüm meydana çıxdığı 35 oyunun yalnız 11-də qapısını toxunulmaz saxlaya bilmişdi.