"Barselona" 4-də dayandı

4.02.2023 19:39 276
Dünya futbolu
La Liqanın 17-ci turunda "Barselona" "Betis"i səfərdə məğlub etdi - 2:1.

Football-plus.az xəbər verir ki, Kataloniya klubunun “quru” oyunlar seriyası 4-də dayandı.

Xavinin komandası “Betis”lə oyuna qədər ölkə kubokunun “Seuta” (5:0) və “Real Sosyedad” (1:0), çempionatın isə “Xetafe” (1:0) və “Jirona” (1:0) ilə oyunlarında qapısını toxunulmaz saxlamışdı.