• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş”la “Kayserispor” arasında transfer qalmaqalı

Dünya futbolu

22-02-2023, 14:0

Türkiyənin dəhşətli zəlzələdən sonra özünə gəlməyə çalışdığı indiki günlərdə “Kayserispor”la “Beşiktaş” arasında əməlli-başlı qalmaqal yaşanır.

Football-plus.az xəbər verir ki, İstanbul nəhəngi fevralın 8-də Kayseri təmsilçisindən sağ cinah müdafiəçisi Onur Bulutun transfer edildiyini rəsmən açıqlamışdı. Amma keçid çox böyük qalmaqalla müşayiət olunur. Kimin haqlı, kimin haqsız olduğuna isə Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Problemli Məsələlərin Həlli Komitəsi qərar verəcək. Çünki “Kayserispor” qarşı tərəfdən məhz bu komitəyə şikayət ünvanlayıb.

Almaniyada doğulan və 2021-dən bəri “Kayserispor”un şərəfini qoruyan Onur Bulutun transferi ilə bağlı detallara diqqət yetirək. Əslində bu futbolçu “transfer pəncərəsi” açıldığı vaxtdan etibarən “Fənərbaxça”nın hədəfində idi. İki klub arasında 2,9 milyon avroluq ilkin anlaşma əldə olunmuşdu. “Kayserispor”un Mame Tiam transferinə görə “Fənər”ə əvvəlcədən 1,6 milyon avroluq borcu var idi. Onurun transferinin qarşılığında həm bu borc silinməli, həm də “sarı-lacivərdlilər” əlavə 1,3 milyon avro ödəməli idilər. Yalnız futbolçunun özü ilə “Fənərbaxça” arasında anlaşmanın əldə olunması qalırdı. Amma bu anlaşma əldə olunmadı. Nəticədə Onur Bulut “Kayserispor”la üçillik yeni müqavilə imzaladı. Türkiyə mətbuatı iddia edirdi ki, müqavilədə xüsusi şərtlər var. Söhbət “Fənər” üçün qeyd olunmuş güzəştlərdən gedir. Fevralın 6-na qədər yalnız “Fənər”in bu futbolçunu pulsuz heyətinə qatmaq fürsəti var idi. Fevralın 6-dan sonra isə başqa istənilən klub Onuru transfer etmək üçün 1 milyon avro təzminat ödəməliydi.

Artıq qeyd etdiyimiz kimi, fevralın 8-də “Beşiktaş” qarşı tərəfə 1 milyon avro ödəyərək Bulutu heyətində qatdı. Kayseri təmsilçisinin başqan vəkili Nürəddin Açıkalının pulu qəbul edərək müqaviləyə qol çəkməsi üzündən “Qartal” problem olmayacağını düşünərək transferi rəsmən açıqladı. Amma çox keçmədən Kayseri rəhbərliyi əl-ayağa düşdü. Rəhbərlik bildirdi ki, başqan vəkilinin pulu qəbul etmək və transferə razılıq vermək hüququ yoxdu. Bu üzdən 1 milyon avro “Beşiktaş”a geri göndərildi. “Sarı-qırmızılar” müqavilədə 1 milyon avroluq təzminatın olmadığını iddia edir və qarşı tərəfdən 3,5 milyon avro təzminat tələb edir. Maraqlıdı ki, “Beşiktaş” ikinci dəfə 1 milyon avronu Kayseri klubunun hesabına köcürsə də, “Kayserispor” yenidən o pulu geri göndərdi. Onur Bulutun meneceri Elyasa Sümə iddia edir ki, istənilən yerdə “Kayserispor” rəhbərliyi ilə canlı yayına çıxmağa hazırdı. Onun sözlərinə görə, anlaşma Kayseri klubunun bazasında əldə olunmuşdu və həmin vaxt prezident də daxil olmaqla klubun bütün yönəticiləri orda idi. Elyasa Sümə “ortada yanlış bir şey varsa, ən böyük şərəfsiz mənəm və menecerlik fəaliyyətimə də son qoymağa hazıram” deyib.

“Beşiktaş” rəhbərliyi bu məsələdə özünü haqlı sayır. Klub rəsmiləri əllərində sübutların olduğunu idda edir və mövqelərini sona qədər qorumağa hazırdılar. Futbolçu özü də məsələ ilə bağlı geniş bir yazılı açıqlama verib.

Onur Bulut onu aldatmağa çalışan “Kayserispor”un bütün rəsmilərindən məhkəməyə şikayət etdiyini vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-02-2023, 16:0

"Beşiktaş" 2 yeni transferi reallaşdırdı - TƏHLİL

Dünya futbolu

2-02-2023, 17:0

“Fənərbaxça”nın transfer gündəmi

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

24-07-2022, 19:0

Türkiyə klubları oyunçu satışından nə qədər qazanıb?

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 149
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə