"Gent"lə vacib oyunöncəsi "Qarabağ" ciddi itki ilə üzləşib. Söhbət Marko Yankoviçdən gedir. Monteneqrolu yarımmüdafiəçi 4 həftə Ağdam təmsilçisinə kömək edə bilməyəcək.
Görəsən, Qurban Qurbanov onu kimlə əvəzləyəcək? Əslində seçim çoxdu. Riçard Almeyda, Qara Qarayev, hətta Filip Ozobiçlə yeni transfer Yasin Benzya Yankoviçin yerinə meydana çıxa bilər. Təbii ki, son qərarı Qurban Qurbanov verəcək.
Məsələ ilə bağlı fikrini öyrənmək üçün Aslan Kərimovla əlaqə saxladıq. Mütəxəssisin "Football-plus.az"a açıqlaması qısa və konkret oldu:
"Qarabağ" bu məsələdə problem yaşamayacaq. Burda seçimləri çoxdu. Düşünürəm ki, Qurban Qurbanov Qaraya güvənəcək. Millimizin üzvü Yankoviçi layiqincə əvəz edə bilər".
İLKİN SULTANLI