Almeyda "Səbail" ilə matçda "Qarabağ"a kömək edə bilməyəcək

1.04.2022 13:35 477
Premyer-liqa
Premyer-liqanın 21-ci turunda "Qarabağ" "Səbail"i qəbul edəcək.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüşdə 1 oyunçunun xidmətindən yararlana bilməyəcək. Söhbət millimizin üzvü Riçard Almeydadan gedir. Yarımmüdafiəçi sarı vərəqə limitinə görə "dənizçilər"lə matçda meydanda ola bilməyəcək.

Qeyd edək ki, qarşılaşma aprelin 2-i saat 16.00-da start götürəcək.