Marselo Yunanıstanı niyə erkən tərk etdi?

21.02.2023 15:00 254
Dünya futbolu
Marselonun “Olimpiakos”dakı karyerası yalnız 5 ay sürəcək. Məşhur braziliyalı futbolçu artıq Yunanıstanı tərk edib.

Football-plus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Pirey klubu ilə müqaviləni pozmaq qərarına gəlib.

Xatırladaq ki, Marselo “Olimpiakos”la 2022-ci ilin sentyabrında anlaşmışdı. “Real”ın sabiq oyunçusu “1+1 il” sxemi üzrə müqaviləyə qol çəkmişdi. Pirey klubunda yalnız 10 oyun keçirən braziliyalının bir sıra digər ölkələrdən təkliflər aldığı xəbər verilirdi. Marselonun artıq adı çəkilməyən bir klubla razılığa gəldiyi məlum olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul