"Olimpiakos"dan "Qarabağ" üçün sürpriz

27.09.2022 10:25 1 048
Avropa Liqası
Marselo "Olimpiakos"dakı ilk oyununu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirə bilər.

"Football-plus.az" Sentragoal" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.

Baş məşqçi Miçel Qonsales braziliyalı ulduz futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.

Marselonun oktyabrın 2-də "Atromitos"a qarşı Yunanıstan Super Liqasının 6-cı tur matçında meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.