Meksika millisində baş məşqçi problemi həllini tapıb. Yığmanı yenə argentinalı mütəxəssis çalışdıracaq.
Xatırladaq ki, milli komanda ötən il keçirilən DÇ-2022-də uğursuz nəticə göstərmişdi. Meksikanın mübarizəni qrup mərhələsində dayandırması Xerardo Martinonun baş məşqçi vəzifəsindən istefa verməsinə səbəb olmuşdu. Onun yerinə Dieqo Kokka təyin olunub. Bu məlumatı Meksika Futbol Federasiyasının mətbuat xidməti yayıb. Maraqlıdı ki, Kokka yanvarın 1-də Meksikanın “Tiqres” klubuna təyinat almışdı. Lakin o, bir neçə həftə sonra yerli yığmada işləmək istəyini rəhbərliyə bildirib. Bunu anlayışla qarşılayan “Tiqres” 50 yaşlı məşqçi ilə yolları ayırıb.