Misir yığmasında baş məşqçi istefası növbəti dəfə zərurətə çevrilib.
Ehab Qalal vəzifəsindən azad edilib.
54 yaşlı mütəxəssis milli komandaya apreldə təyinat almışdı. Amma yığmanın onun rəhbərliyi altında keçirdiyi üç matçdan ikisində uduzması yerli federasiyanı qane etməyib. Xatırladaq ki, yığmanın DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməməsi martda Karluş Keyruşu istefaya yollanmağa vadar etmişdi.