Meksika millisi qrup mərhələsinin 3-cü turunun oyununda 2:1 hesabı ilə qalib gəlsə də, Polşadan topların fərqinə görə geri qalaraq mundialda mübarizəni dayandırıb. Komandanı 2019-cu ilin yanvarından çalışdıran Martinonun baş məşqçi kimi son açıqlaması belə olub:
“Müqaviləm hakim final fitini çalan kimi bitdi. Uğursuzluğa görə bütün məsuliyyəti üzərimə götürürəm. Qrupda qalmaq dəhşətli məyusluqdu”.

