Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakov istefa verib. Məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.
Petrakov milli komandaya 2021-ci ilin noyabrından rəhbərlik edirdi. O, buna qədər Ukraynanın müxtəlif yaş qruplarından ibarət yığmalarını çalışdırmışdı. Ölkənin əsas komandası DÇ-2022-nin seçmə pley-off mərhələsinin finalına çıxsa da, Uelsə məğlub olmuşdu (0:1).
Ekvador yığmasının baş məşqçisi Qustavo Alfaro da vəzifəsindən ayrılıb. Futbol Federasiyası 60 yaşlı mütəxəssislə müqaviləni yeniləməyib. Alfaro milli komandaya 2020-ci ildə təyinat almışdı. Ekvador DÇ-2022-nin qrup mərhələsində 4 xal toplasa da, Niderland və Seneqaldan sonra 3-cü yeri tutaraq 1/8 finala çıxa bilməmişdi.